BAKI, 22 iyul. TELEQRAF
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün sözügedən ölkədə səfərdədir.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 22-də Müdafiə Nazirliyinin rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edərək iştirakçıları salamlayıb.
Müdafiə nazirinin səfəri çərçivəsində sərgidə nümayiş etdiriləcək hərbi silah və texnika ilə tanışlıq, həmçinin bir sıra görüşlərin keçirilməsi planlaşdırılıb.