BAKI, 2 iyul. TELEQRAF

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşklatına (İƏT) üzv ölkələrin Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib.

Bu haqda Teleqraf-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Prezidentin qarşılanma mərsimində xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin Bakıdakı səfiri Birol Akgün və Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer iştirak ediblər.