BAKI, 1 iyun. TELEQRAF
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşklatına (İƏT) üzv ölkələrin Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 2-də Azərbaycana gələcək.
Teleqraf-ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Şimali Kipr prezidenti Azərbaycan Texniki Universitetini də ziyarət edəcək.
Həmçinin ona bu ali təhsil ocağının "Fəxri doktor"u adı veriləcək.
Məlumat üçün bildirək ki, iki gün davam edəcək İƏT-ə üzv ölkələrin Zirvə görüşündə bir çox ölkənin dövlət və hökumət başçısı iştirak edəcək.