BAKI, 28 may. TELEQRAF

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, Fahrettin Altun bu haqda "X" hesabında paylaşım edib.

"28 May, Türkiyə ilə Azərbaycan arasında ortaq taleyi, ortaq istiqaməti və sarsılmaz qardaşlığı yenidən xatırladığımız dəyərli bir gündür. İki dost ölkə arasındakı qardaşlıq əsası bu gün daha da möhkəmlənərək yoluna davam edir. Türkiyə, necə ki, Qarabağda olduğu kimi, "Bir millət, iki dövlət" anlayışı ilə hər zaman qardaş Azərbaycanın yanındadır. Bu duyğularla can Azərbaycanın 28 May - Müstəqil gününü təbrik edirəm",- deyə F.Altun vurğulayıb.