BAKI, 21 may, TELEQRAF

“Mən hesab edirəm ki, akademik Nizami Cəfərov nə dediyini çox gözəl bilir. Onun bu sözləri deməyə səlahiyyəti var. Sadəcə, onun dediklərini ciddi şəkildə qəbul edib, düşünmək lazımdır”.

Bu sözləri Teleqraf-a Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla bəzi rus sözlərinin dilimizin lüğətinə salınması ilə bağlı akademik Nizami Cəfərovun fikirinə münasibət bildirərkən deyib.

K.Abdulla bu fikirlərə görə, Nizami Cəfərovun üzərinə getməyə ehtiyac olmadığını da bildirib: “O professional alimdir. Nə dediyini də gözəl bilir. Onun özü ilə aydınlaşdırmaq lazımdır ki, siz bunu dedikdə nəyi nəzərdə tutursunuz? Yoxsa, hər kəs nəyi bilir, nəyi bilmir - onunla durub deyilən fikrə qarşı hücuma keçməzlər”.

"Nizami Cəfərovun, onda biri, yüz də biri qədər savadın olsun ki, sən onun dediyini təftiş edəsən. Mən məsələyə ancaq bu konteksdə münasibət bildirməyin tərəfdarıyam”, - K.Abdulla belə deyib.