BAKI, 20 may. TELEQRAF

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun Prezident Rəcəb Tayyib Ərdoğanın Macarıstana sabahkı səfəri haqqında açıqlama verib.

Teleqraf xəbər verir ki, Fahretin Altun deyib: "Şərqlə Qərbin görüş nöqtəsi” mövzusu ilə keçiriləcək Budapeşt Zirvəsi çərçivəsində Türk Dövlətləri Təşkilatının institusional strukturunun gücləndirilməsi istiqamətində aparılan işlər nəzərdən keçiriləcək".