Co Bayden administrasiyası qələbə naminə ABŞ Konstitusiyasını pozmağa hazırdır və prezidentin özü demokratiya üçün təhlükə yaradır.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
Bir müdddət əvvəl açıqlanan sorğunun nəticələrinə görə, amerikalılar Co Baydeni deyil, Donald Trampı prezident seçəcəklər.
Seçim bu iki namizəd arasında olsaydı, amerikalıların 47%-i Trampı, 43%-i isə Baydeni seçərdi. Beş namizəd olsaydı, seçicilərin 37 faizi Trampa, 31 faizi isə Baydenə səs verəcəkdi.
Bayden üçün bu nəticələr onun hakimiyyətə gəlişindən bəri ən pis nəticələrdir.
Seçicilərin 23%-i Baydenin siyasətinin onlara şəxsən müəyyən faydalar gətirdiyini, 53%-i isə onun hərəkətlərindən zərər gördüyünü bildirib.