“Dünən Xankəndinə gəlmək istəyənlər əslində təxribat törətmək məqsədilə orada idilər. Bu, açıq-aydın bəlli məsələdir. Onlar nümayişkarənə şəkildə Qarabağa-Azərbaycanın tarixi ərazilərinə gəlmək istəyirdilər”.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

O əlavə edib ki, Xankəndinə gəlmək istəyən erməni deputatlar əslində hərbi cinayətkarlardır və onlar həbs edilməlidir:

“Sərksiyanlar, köçəryanlar, ohanyanlar saxlanılamlı, layiqli cəzalarını almalıdır. Mən bu məsələni dəfələrlə parlamentdə qaldırmışam. Bizim hüquq mühafizə orqanlarımız Xocalı və digər cinayət işlərini yekunlaşdıraraq İnterpola, digər hüquq təşkilatlara, bizim ikitərəfli hüquqi əməkdaşlıq müqaviləmiz olan ölkələrə göndərməlidir. Bunlar hərbi cinayətar kimi həbs olunmalıdırlar”.

Asim Mollzadə bildirib ki, Ermənistan deputatlarının Qarabağa buraxılmaması müsbət haldır və bu, sistemli olmalıdır: “Onlar təxribat törətmək məqsədilə gəlirdilər. Bu da bilavasitə rus sülhməramlıların işidir ki, təxribatların qarşısını alsınlar. Bu cür da davam olmalıdır”.

Sonda Asim Mollazadə əlavə edib ki, Ermənistan müxalifət deputatlarının davranışları həm də İravanda radikal mövqeni gücləndirmək, hökumətə təzyiq etməkdir:

“Ancaq orada son illər iki dəfə seçki keçirilib və erməni seşicisi bu cinayətkarlara yox deyib. Erməni xalqı sülh istəyir. Hərbi cinayətkarlar isə mütləq cəza almalıdır. Biz bu istiqamətdə daha çox işləmələyik”.