Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elşad müəllim, Avropa Parlamentinin Azərbaycana qarşı yaydığı növbəti qərəzli yanaşma hansı amillərlə izah oluna bilər?
- Bu məqsədli bir yanaşmadır. Bizi təəccübləndirməməlidir. Avropa ölkələri elə 2020-ci 10 noyabrda müharibə başa çatdıqdan sonra da özlərini təxmini oxşar tərzdə aparırdılar. Yəni, onlar yenə də ATƏT-in Minsk Q=qrupu formatında məsələnin müzakirə olunmasını istəyirdilər. Əsas məqsəd də ondan ibarət idi ki, münaqişə amilindən istifadə edib yenidən Cənubi Qafqaz bölgəsində öz mövcudluqlarını təmin etsinlər. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad edib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, erməni faşizmini biz məğlub etdik, amma erməni faşizmi məhv olmayıb. Yəni, onlar hələ də mövcuddur. Burada dünya erməniliyinin rolu da təsirlidir. Avropa ölkələrində onların geniş fəaliyyət imkanları var.
- Avropa İttifaqının iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü bir ay deyil baş tutub. Belə olan halda Avropanın digər bir təşkilatının ölkəmizlə bağlı mövqeyindəki qərəz nədən xəbər verir?
- Fransa prezidentinin təşəbbüsü ilə fevralın 4-də Azərbaycan, Avropa İttifaqının prezidetinin və Ermənistanın baş nazirinin videoformatda görüşü təşkil edildi. Bu görüşdə ATƏT-in Minsk qrupunun yenidən reanimasiya edilməsi kimi fikirlərə yer verilmədi. Azərbaycanın maraqlarına uyğun fikirlərə geniş dəstək ifadə edildi. Baxmayaraq ki, bu ilin aprel ayında Fransada prezident seçkiləri keçiriləcək. Amma Fransa prezidenti belə bir mövqe sərgiləmədi. Görünür bunu hansısa bir formada konpensasioya etmək istəyi var. Avropa İttifaqına hazırda sədrliyi Fransa həyata keçirir. Görünür bu yolla ermənilərin könlünü almaq istəyi var. Amma bütün bunlar daha böyük geosiyası oyunların, maraqların göstəriciləridir.
- Sizcə, Qərb 10 noyabr 2020-ci ildəki razılaşmaya, yoxsa Rusiyanın vasitəçiliyə etiraz edir?
- Rusiyanın vasitəçiliyi ilə bir tənzimlənmə prosesini Avropada qəbul etmir. Burada Rusiyanın imicinə xələl gətirmək cəhdləri də var. 2020-ci ilin 10 noyabr Bəyanatı Rusiyanın vasitəçiliyi ilə imzalanıb. Amma təbirincə bunun heç bir nəticəsi yoxdur. Ona görə də yenidən ATƏT-in Minsk qrupu platforma gərəkli hesab edilir. Eyni zamanda münaqişə hələ də davam edir təəsüratı yaratmaq cəhdləri var. Burada bir çox məqsədlər güdülə bilər. Əsas məqsəd isə odur ki, Avropa Cənubi Qafqaz kimi strateji bir regionda özünün mövcudluğunun məhdudlaşması ilə heç cür razılaşmır. Onların Cənubi Qafqazda mövcudluğunu təmin edən əsas amil rolunda da məhz münaqişə çıxış etməkdədir. Məhz bu istiqamətdə cəhdlər edilir. Amma nəzərə almaq lazımdır ki, bu sadəcə olaraq elə istək olaraq da qalacaq. Çünki 2 ilə yaxımdır ki, biz bu cəhdləri görməkdəyik.