Demokratik Qüvvələrin Milli Şurası yenə də qərar verə bilmir.

Qurum bilmir ki, bələdiyyə seçkilərində iştirak etsin, yoxsa əsas hədəf olaraq 2015-ci il parlament seçkilərini götürsün. Qurumda təmsil olunan partiyaların bir çoxu bələdiyyə seçkilərindən qaçmaq istəyir.

Əsas partiyaların mövqeyi isə bu məsələdə uzlaşmır. Məhz bu səbəbdən də şura indiyə qədər seçkilər məsələsini müzakirə etmir. Buna qədər isə deyilirdi ki, Milli Şuranın sessiyasında seçkilər məsələsi ciddi olaraq müzakirə ediləcək və sonda qərar qəbul olunacaq.

Ancaq bəzi Milli Şura üzvləri hesab edirlər ki, bu qurum heç 2015-ci il Milli Məclis seçkilərinə qədər yaşamayacaq. Çünki günü-gündən qurum daxilində fikir ayrılıqları özünü büruzə verir.