Ermənistanın hərbi polisi hərbi hissəni özbaşına tərk etmiş 19 yaşlı əsgər Əziz Bakoyanı axtarır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

Onun sözlərinə görə, əsgər bu il fevralın 6-da Ermənistan Silahlı Qüvvələrinin Dilicandakı hərbi hissəni özbaşına tərk edib.

Məlumata əsasən, Əziz Bakoyanın itməsi ilə bağlı qohumları mediaya müraciət edib. Qohumları əsgərin başına bədbəxt hadisə gələ biləcəyindən, yaxud öldürüldüyündən narahatdır.