Rusiyanın Sankt-Peterburq şəhərində həkim və tibb bacısı səhlənkarlığa görə işdən qovulub.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, cərrah və tibb bacısı 2015-ci ilin noyabr ayında etdikləri əməliyyat zamanı döşək ağını unudub pasiyentin bətnində saxlayıblar.
Məlumata görə, hamilə qadın 20 noyabr 2015-ci ildə xəstəxanaya daxil olub. Oğlan uşağı dünyaya gətirən qadın 12 gündən sonra evə buraxılıb.
Evə buraxılan qadın 2 həftədən sonra Hərbi-Tibb Akademiyasına müraciət edib. Xəstəni kompyuter tomoqrafiyasından keçirən zaman onun bədənində 2,5 metr uzunluğunda döşək ağı aşkar olunub. Həkimlər əməliyyatla yad cismi qadının bədənindən çıxarıblar.
34 yaşlı Yuliya Selina baş verənləri mətbuata danışandan sonra əməliyyatda iştirak edən tibb bacısı işdən qovulub. Bir neçə gün sonra isə cərrah Miriam Arakelyan işdən çıxarılıb.
2016-cı il yanvarın 15-də faktla bağlı cinayət işi açılıb.
Ramal