Britaniyalı musiqiçi Devid Bouinin yaradıcılığının pərəstişkarı Saymon Mitçell ifaçının portretini Böyük Britaniyanın 20 funtluq əskinazında yerləşdirməyi təklif edib.
Müvafiq petisiya Change.org saytında yerləşdirilib. O, artıq Boui fanatlarından 26 mindən çox imza toplayıb. Hökumətin petisiyanı nəzərdən keçirməsi üçün isə 35 min imza lazımdır. Saymonun sözlərinə görə, Bouinin xatirəsini anmaq üçün onun rəsmini 20 funtluq nominala yerləşdirmək ən uyğun addımdır.
Böyük Britaniya bankı hazırda 20 funtluq əskinazda portretinin yer aldığı iqtisadçı Adam Smiti kimin əvəz edəcəyini bildirməldir, bunun üçün isə bank ictimaiyyətdən öz təkliflərini səsləndirməyi xahiş edib. Yalnız bir şərt var - bu adam rəssam olmalıdır. Qeyd etmək lazımdır ki, Boui musiqi ilə yanaşı, həm də rəssamlıqla məşğul idi.
Xatırladaq ki, Devid Boui 10 yanvar 2016-cı ildə 69 yaşında dünyasını dəyişib.