“Skype” messencerinin 10 illiyi münasibətilə “Microsoft” sinxron tərcümə funksiyasını əlavə etmək qərarına gəlib.
Bu proqram nitqi 7 dildən tərcümə edir, yazılı mətnin tərcümə edə biləcəyi dillərin sayı isə 50-yə çatdırılıb. Bu funksiyadan artıq bütün "Windows" istifadəçilər istifadə edə biləcəklər. "Microsoft" korporasiyası elan edib ki, artıq "Skype Translator" kompüter əlavəsinə inteqrasiya edilib. Tərcüməni aktiv etmək üçün dil cütlüyünü seçmək, yəni hansı dildən hansı dilə tərcümə ediləcəyini seçmək lazımdır. Dil cütlüyü istənilən kontaktda seçilə bilir.
Sözlü tərcümə ingilis, Çin, ispan, portuqal, alman, italyan və fransız dilləri üçün mümkündür. Mətn isə 50 dil üçün keçərlidir ki, onların arasında rus və Ukrayna dilləri də mövcuddur.
"Microsoft"dan bildiriblər ki, "Skype Translator" öz-özünü öyrədən texnologiyadır ki, onun istifadəçilərinin sayı artdıqca daha yaxşı işləyəcək.