Papua-Yeni Qvineyanın təhlükəsizlik xidmətinin əməkdaşları amerikalı qadın turist və ona bələdçilik edən britaniyalı sevgilisini əsir götürən hannibalları axtarır.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, onlar qadın turistə xəncərlə ağır xəsarət yetiriblər. Zərərçəkmişlər son anda hanniballar tayfasına yemək olmaqdan xilas ola biliblər.

Qeyd edək ki, Papua-Yeni Qvineyada hələ də bəzi adamyeyən tayfalar yaşayır.

"The Sun"ın məlumatına görə, britaniyalı bələdçi Metyu Ayoveyn və amerikalı sevgilisi Mişel Klemens hazırda Papua-Yeni Qvineyanın paytaxtı Port-Morsbidədir.

Metyu yerlilərin bədənlərini müxtəlif rəngə boyadıqlarını, sevgilisinin koftasını çıxarıb gözünü bağladıqlarını bildirib. O, "The Daily Mail"ə açıqlamasında "Mənə elə gəldi ki, onlar bizi doğrayıb yeyəcəklər" deyib.

Zərərçəkmiş onlara hücum edənlərin vəhşi olduqlarını və primitiv səslərlə danışrdıqlarını qeyd edib.

Onlar hər iki turistin gözünü bağlayıb cəngəlliyə aparıblar. Daha sonra Metyunu ağaca bağlayıblar. Xəncəri boğazına dirəyib öldürəcəklərini deyiblər.

Ancaq bir müddətdən sonra onların diqqətini turistlərin çantaları çəkib. Onlar qadın turistdən çantadakı "iPhone"ni yandırmağı tələb ediblər. Aborogenlərdən biri isə əlindəki xəncərlə qadına ciddi xəsarətlər yetirib.

Turistlər bir neçə saat əsirlikdə qaldıqdan sonra ordan qaça biliblər.

Avstraliya XİN baş vermiş hadisəni təsdiqləyibr. Buna səbəb kimi turistlərin özbaşına hərəkət etməsi və turoperatorlarla əlaqə saxlamaması göstərilib.

Ramal