Özünü asırmış kimi selfi çəkən gəncin bu istəyi faciəyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, hadisə Moskvada baş verib. Boğazına ip keçirərək selfi çəkdirmək istəyən gənc ehtiyatsızlıq nəticəsində həyatını itirib.

Rusiya mətbuatının verdiyi xəbərə görə, sevdiyi qız 15 yaşlı oğlana öz fotosunu göndərib. Fotoda qızın guya biləklərini kəsdiyi əks olunub. Oğlan sevgilisinin bu zarafatına qarşılıq olaraq, ona öz fotosunu göndərmək istəyib. Bunun üçün də özünü asırmış kimi şəkil çəkmək istəyib. Stulun üstünə çıxan gənc boynuna ip keçirib. Selfi çəkən zaman tarazlığını itirən gənc stuldan yıxılıb və boğulub.

Dünyasını dəyişən gəncin çəkdiyi son selfi telefonunda qalıb.

Rüstəm