Türkiyədə orta məktəbdə oxuyan qızını fahişəliyə məcbur edən ana polis tərəfindən saxlanılıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ərzurumda baş verib. Əməliyyat keçirən polis 30 nəfəri saxlayıb.
Məhkəmə qarşısına çıxarılan qızın anası F.K. ilə birlikdə ümumilikdə 10 kişi haqqında həbs qərarı verilib.
Polisin məlumatına görə, ərindən ayrılan və fahişəlik edən F.K. 12 yaşlı qızını da pulla kişilərə satmağa başlayıb.
Polisə ifadə verdikdə sonra saxlanılanların 20 nəfəri sərbəst buraxıb.
Əməliyyat nəticəsində fahişəliyə məcbur edilməkdən xilas olan azyaşlı D.K polisə təşəkkür edib. O, “Evimdə kitablarım var onları götürə bilərəm? İmtahamın olacaq” deyib.
Daha sonra 12 yaşlı D.K. Ailə və Sosial Siyasət Bölgə Müdirliyinə təhvil verilib.
Ramal