Türkiyənin Manisa vilayətinin Akhisar bölgəsində H.Ö adlı şəxs pnevmatik silahla keçmiş həyat yoldaşını və qayınatasını qətlə yetirib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, H.Ö bir neçə gün öncə keçmiş həyat yoldaşı Dərya Ülkər və qayınatası İsmayıl Ülkər ilə İnönü məhəlləsində qarşılaşıb.
Burada onlarla mübahisə edən H.Ö üstündə gəzdirdiyi pnevmatik tapança ilə hər ikisinə atəş açıb.
İsmayıl Ülkər hadisə yerində, Dəniz Ülkər isə Mustafa Kirazoğlu adına Xəstəxanada vəfat edib.
H.Ö həbs edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Röya İsrafilova