Türkiyənın Batman bölgəsində inanılmaz olay baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qadın salonunun sahibi olan 40 yaşlı kişi həyat yoldaşı tərəfindən döyülüb. O, yaralı halda xəstəxanaya çatdırılıb.

Məlum olub ki, müxtəlif vaxtlarda arvadına qarşı zorakılıq edən kişi bu dəfə həyat yoldaşının qəzəbinə tuş gəlib. Ərinin telefona cavab vermədiyini görən qadın onun iş yerinə gələrək, əlinə keçəni kişinin başına vurub.

Kişinin başına 20 tikiş qoyulub. Faktla bağlı polis araşdırmalara başlayıb.

Samir