Türkiyədə azyaşlı qıza təcavüz edən üç nəfər həbs edilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Muğlada baş verib.
12 yaşlı qız R.A.-ya 20 yaşlı əmisi oğlu E.B göbələk yığmağa gedərkən təcavüz edib. Azyaşlı qız qorxusundan bu barədə heç kimə danışmayıb. Altı aydan sonra 47 yaşlı yeznəsi də qıza təcavüz edib. Araşdırmalar zamanı məlum olub ki, qızın qardaşının iş yoldaşı 23 yaşlı A.B. də ona iki dəfə təcavüz edib.
Qızının psixi durumunun pisləşdiyini görən ata həkimə müraciət edib. Müayinə zamanı qızın təcavüzə məruz qaldığı üzə çıxıb. Polisə dərhal məlumat verilib. Yuxarıda adları çəkilən hər üç şəxs saxlanılıb.
Fakt üzrə cinayət işi açılıb.
Ramal