Fransa Təhsil naziri Nacat Vallaud-Belkacem məclisdə alt paltarı görünməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, nazir onu tənqid atəşinə tutan sağçı partiya üzvlərinə sərt cavab verib.

Mərakeş əsilli nazir daha əvvəl də orta məktəblərdə tədris planlarını dəyişdirmək istədiyi üçün tənqid olunmuşdu.


Ötən həftə isə xanım nazirin qara libasının altından geyindiyi krujevalı bustqalterin görünməsi etiraza səbəb olub. Sağçı "Debout la France" partiyası üzvləri 38 yaşlı naziri məclisdə alt paltarı ilə diqqəti yayındırmaqda günahlandırıblar.

Najat Vallaud-Belkacem sosial şəbəkədə "Bu azğın ruhlu insanlara vaxtınızı sərf etməyin. Çünki onlar buna dəyməz" yazaraq reaksiyasını ortaya qoyub.

Ramal