Qolunuzu klaviatura kimi istifadə etməyi heç düşündünüz? Yaponların yaratdığı yeni məhsul ilə bu xəyalınız gerçək oldu. Əgər kiçik klaviaturada mesaj yazmaq barmaqlarınızı ağrıdırsa, yaxın günlərdə bu problemdən qurtula bilərsiniz.
Yaponiyanın nəhəng elektron firması NEC geyilən texnoloji məhsulunu təqdim edib. Bu simsiz məhsul qola geyindirilir.
NEC-in ARmKeypad adlanan bu yeniliyi haqqında keçən həftə məlumat verilib. Məhsulun işləmək forması isə belədir: Əvvəlcə xüsusi eynək və ağıllı saatdan istifadə etməlisiniz. Həmin eynək sayəsində klaviaturanı qolunuzun üzərində görə bilərsiniz. Saat isə klaviaturaya toxunuşunuzu müəyyən etməklə ötürücü rolunu oynayır.
Qısa mətnlərin yazılmasında bu məhsul köməyinizə gələcək.