Türkiyədə kafedə işləyən Ərdəm Fora ayrı yaşadığı xanımı Yeşim Fora ilə barışmağa çalışsa da, onu razı sala bilməyib.
Teleqraf.com xəbər verir ki, kişi onun xahiş və tələblərini yerə salan qadını silahla yaralayıb.
İki uşaq anası olan Yeşim Fora dörd aydır anasının evində yaşayıb.
Ərdəm qayınatasının evinə gedib. Xanımını evə qayıtmağa razı sala bilmədikdə silaha əl atıb.
Ərdəm Fora axtarışa verilib.
Ramal