Hindistan Britaniya kraliçası ll Yelizavetaya qarşı iddia qaldırmağa hazırlaşır.


İddianın predmeti Britaniya kraliçasının başını bəzəyən tacda olan brilliant daşdır. Tələb isə bu qiymətli daşı yenidən Hindistana qaytarmaqdır. Söhbət 108 karat olan “Koxinor” brilliant daşından gedir.

Əfsanəyə görə, həmin daş beş min il bundan öncə Hindistanın cənubunda tapılb və Krişna dininin əsas tanrısı sayılan Şivanın heykəlini bəzəyib. Britaniya Hindistanı 1850-ci ildə işğal etdikdən sonra daş Britaniyaya gətirilir və Böyük Britaniya kraliçasına təqdim edilir. İndi həmən daş Böyük Britaniya kraliçası ll Yelizavetanın tacını bəzəyir./ATV