Oskar mükafatlı Hollivud cütlüyü Ancelina Colie və Bred Pitt 2.6 milyon dollara İzmir şəhərində villa almışdı.
Musavat.com Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, Real Madrid Klubunun ulduz oyunçusu Kristiano Ronaldo da İzmirdən villa alıb.
Qəzetin xəbərinə görə, məşhur futbolçu 3.2 milyon ödəyərək bu villaya sahib olub.
“Proto Grup”un Türkiyə təmsilçisi Oya Paktaş xəbəri təsdiqləyərək bildirib ki, Ronaldo villanın şəkillərinə baxdıqdan sonra onu almaq qərarına gəlib.