Türkiyədə qadınlar ərləri ilə birlikdə olan gənc qızı cəzalandırıblar.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zonquldağda gözlənilməz hadisə baş verib.

33 yaşlı Şenay K., 35 yaşlı Şongül Ş. bir müddət onlarla birlikdə işləyən 25 yaşlı Əsli U.-nu ərləri ilə əlaqədə olmaqda ittiham ediblər. Şenay və Songül rəfiqələri 34 yaşlı Neclanı da götürərək Əslinın evinə gediblər. Zorla içəri girən 3 qadın Əslini silahla təhdid edərək qayçıyla saçını kəsiblər. Şenay K. və Songül Ş. onu döyərək kameraya çəkiblər. Ondan ərləri ilə birlikdə olduğunu etiraf etməsini tələb ediblər. Sonra onlar Əslini təhdid edərək hadisə barədə heç kimə bir söz danışmamasını tapşırıblar. Zərərçəkən isə hadisə ilə bağlı polisə şikayət edib.

Prokurorluq 3 qadın haqqında "yaralama", "mənzil toxunulmazlığını pozma", "təhqir" və "silahla təhdid etmə" ittihamları ilə cinayət işi açıb.

Məhkəmədə ifadə verən müttəhim Şenay K. "Məqsədimiz döymək deyildi. Bizi özü dəvət etdi. "Həyat yoldaşınıza sahib çıxardınız" kimi sözlər dedi. Ərimlə birlikdə olduğunu özümə sığışdıra bilmədim. Üzr də istəmirdi. Buna görə silahla təhdid edərək döydük" deyib.

Digər müttəhim Songül Ş. isə Əslinin onları təhqir etdiyini iddia edib.

Məhkəmə heyəti Şenay K., Songül Ş. və Necla Ç.-yə 1 il 8 ay həbs cəzası verib. Ancaq hökmün icrası təxirə salınıb. Məhkəmə müttəhimlər haqqında "insanı azadlıqdan məhrum etmə" ittihamı ilə istintaq işi başladılmasına qərar verib.

Məhkəmənin qərarına sevinən qadınlar ədliyyə binası qarşısında baş barmaqlarını qaldıraraq şəkil çəkdirib "Facebook" hesablarında paylaşıblar.

Ramal