Türkiyədə gənc oğlan sevgilisinə 4 bıçaq zərbəsi vurub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Adana şəhərində baş verib. 26 yaşlı Uğur Y. 17 yaşlı Merve A. ilə nikahdankənar evli olub. Gənc qız ərinin ifrat qısqanclığından bezərək valideylərinin yanına qayıdıb. Uğur barışmaq üçün Mervengilə gəlib. Amma qadın onun təklifini rədd edib. Tərəflər arasında düşən mübahisə qanla nəticələnib. Uğur bıçaqla Mervenin üzünə, qoluna, ayağına və sinəsinə bıçaqla zərbələr endirib.
Polis Uğurun həbsi üçün axtarışlara başlayıb.
Ramal