Türkmənistan əsilli M.A. xərçəng xəstəsi olan qardaşının müalicəsinə pul yığmaq üçün İstabula gəlib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, internetdə iş elanlarına baxan 38 yaşlı qadın xidmətçi iş təklif edilən ünvana gedib. Qadını qarşılayan kişi ona "Anam Bakırköydə tək qalır. 800 dollar maaş verəcəm" deyib. Təklifi qəbul edən qadın həmin kişi ilə birlikdə Bakırköydəki evə gedib.
M.A evə girərkən hücuma məruz qalıb. Şübhəli 3 dəfə təcavüz etdiyi M.A.-nın pullarını da əlidən alıb. Evdən qaçmağı bacaran qadın polisə şikayət edib.
Polisin həbs etdiyi kişinin daha əvvəl də cinsi istismar və təcavüz ittihamları ilə 29 dəfə saxlanıldığı müəyyən edilib.
Ramal