Moskva polisi paytaxtın cənub-qərbində mənzilləri talamış soyğunçuları axtarır.

Teleqraf.com Rusiya mətbuatlna istinadən xəbər verir ki, hadisə oktyabrın 27-si saat 11:30-da baş verib.

"İnterfaks"-ın məlumatına görə, oğrular tekstil məhsullarının satışı ilə məşğul olan şirkətin direktor müavininin evini soyublar.

Oğrular evə daxil olaraq seyfdən 1 milyon 557 min dollar, 8 min 707 avro, 900 min rublu götürüblər.

Ümumilikdə biznesmenə 100 milyon 381 min rubl( (təxminən 1 milyon 616 min manat) ziyan dəyib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Ramal