Türkiyə polisi avtomobilində 150 kiloqram marixuana aparan vəkili saxlayıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aksaray Rayon Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi vəkil H.D.-nin idarə etdiyi 34 ZR 4514 nömrəli avtomobili saxlayıb.

Əməliyyat qrupu bir müddət avtomobili təqib edib. Vəkilin sürdüyü maşın yolda başqa avtomobildəki şəxslərlə görüşəndən sonra yenidən hərəkətini davam etdirib. Avtomobilləri saxlayan polis vəkil H.D.-ni, M.A.F. , A.U. və M.T. adlı şəxsləri saxlayıb.

Hadisə ilə bağlı istintaq işi davam edir.

Rüstəm