Məşhur dünya brendi olan Apple şirkəti özünün yeni 12,9 düymlük diaqonallı “iPad Pro” planşetini buraxmağa hazırlaşır.

Teleqraf.com xarici mətbuata istiandən xəbər verir ki, yeni planşet bu ilin ikinci rübündə təqdim olunacaq. Planşetin stilusla təchiz ediləcəyi gözlənilir. Apple Insider nəşri bu barədə KGI Securities şirkətindən Min Xi Kuo analitikinə istinadən məlumat verib.

Ekspertlərin fikirincə "stilus barmaqlardan daha dəqiqdir, bəzi hallarda klaviatura və mausdan da istifadəsi daha rahatdır. Apple-nin 12,9 düymlük yeni planşet stilus istifadəçilər üçün işləməyi daha da asanlaşdıra bilər". Analitik hesab edir ki, stilus alətin dəstinə daxil olmayacaq və ayrıca aksessuar kimi satılacaq.

Qeyd edək ki, Stiv Cobs mobil alətlər üçün stiluslara və komakt planşetlərə qarşı idi.

Rüstəm