Toy mərasimi zamanı ev sahibinin iti qonaqları xilas edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Nigeriyada baş verib. Bubab Əhməd adlı kənddə olan toya gələn terrorçu-kamikadze özünü partlatmaq istəyib. Ancaq itin onun üzərinə hücum etməsindən qorxan terrorçu qaçaraq, hadisə yerindən uzaqlaşıb.

Araşdırmalar zamanı terrorçunun "Boko haram" silahlısı olduğu məlum olub.

Elvin