Onların həyat hekayələrini eşidənlər bütün bunların imkansız olduğunu düşünür. Ancaq bu insanlar həyatda imkansız görünəni bacarıblar.

Teleqraf.com həmin insanları və onların dəhşətli hekayələrini təqdim edir:

1. İnşaat zamanı Fines Ceyc adlı şəxsin başına dəmir batıb. 1848-ci ildə baş verən hadisə zamanı bəziləri onun artıq öldüyünü düşünüblər. Ancaq Ceyc ömrünü bədəninin sol hissəsi iflic vəziyyətdə keçirib.

2. 2009-cu ildə baş verən dəhşətli qəzada Domeniks Hikson ayaqlarının fəaliyyətini itirib. Həkimlər futbolçu haqqında "bir daha gəzə bilməz" deyiblər. Ancaq Hikson inanılmaz olanı reallaşdırıb. O, hazırda idmançı kimi fəaliyyətini davam etdirir.

3. 2007-ci ildə baş verən avtomobil qəzasında Şannon Malloyun başı bədənindən ayrılıb. Həkimlərin bir neçə saatlıq səyi nəticəsində qadının başı bədəninə tikilib və qadın həyatını davam etdirir.

4. Hündürmərtəbəli binada təmizlik işləri ilə məşğul olan Alsiedes Moreno ehtiyatsızlıq edib və 47 mərtəbədən yıxılıb. İmkansız kimi görünsə də, Moreno sağ qalıb.

5. 2009-cu ildə keçirdiyi avtomobil qəzası nəticəsində Katrina Burqessin bədənindəki bütün sümüklər qırılıb. Ancaq Burges titanİum çubuqlar sayəsində həyata qayıtdı və indi modellik fəaliyyəti ilə məşğuldur.

6. Mərakeşli Zəhra Əbutalib 50 il boyunca qarnında doğmadığı körpəsini daşıyıb. 1955-ci ildə xəstəxanaya gətirilən Zəhra digər palatada doğuş zamanı qadının öldüyünü eşitdikdən sonra uşağı dünyaya gətirməkdən vaz keçib. 75 yaşında dəhşətli ağrılarla ikinci dəfə xəstəxanaya çatdırılan qadının bədənində ölü uşağın cəsədi aşkar edilib.

7. Demiryolunda işləyən Can Qrzebski adlı şəxs iki qatarı bir-birinə bağlayarkən iş qəzası keçirib. Xəstəxanaya aparılan Qrzebsikinin eyni zamanda beyin xərçəngindən əziyyət çəkdiyi məlum olub. 19 il komada qalan şəxs 2007-ci ildə komadan ayılıb. Maraqlısı isə onun komaya girərkən kommunizm tərəfdarı olmasına baxmayaraq, ayıldığında kapitalizmi dəstəkləməsidir.

8. 14 yaşlı Zhana Simmons 4 ay ürəksiz yaşayıb. Bu tibb tarixində görünməyən hadisə idi. Ürək nəqlini gözləyən yeniyetmə bu müddətdə xüsusi qan borucuqları ilə yaşayıb.

Samir