Müsəlman olmaq üçün Türkiyəyə gələn 30 yaşlı rus qadın Marina Seppa Alanyada məscidə gedərək kəlmeyi-şəhadəti dedi.
Teleqraf.com xəbər verir ki, Marina Seppa Əlif adını qəbul edib. Rus qadın 10 il İslamla maraqlandığını, müsəlman olmağın isə bu günlərdə ona nəsib olduğunu bildirdi.
"İslam gözəllik və sülh dinidir", deyə Əlif deyib.