Facebookda yalan və şişirdilmiş xəbərlər yayan saytlara blok qoyulacaq. Özü də sosial şəbəkənin idarəçiləri bunun oxucuların köməyi ilə edəcək.
Həm insanları aldadırlar, həm də bundan küllü miqdarda pul qazanırlar. söhbət bu metodla baxış sayını artırmaqla reytinq yığan saytlardan gedir. təkcə azərbaycan yox bütün dünya üçün aktual olan bu məsələni həll etmək qərarına gələn facebuk idarəçiləri onlarla mübarizədə istifaadəçilərinin köməyindən istifadə edəcək. daha dəqiq desək həqiqəti əks etdirməyən xəbərləri bloklamaq artıq öz əlinizdədir.
Əgər kimsə oxuduğu xəbərin saxta və ya yersiz olduğunu hiss etsə onu şikayət etməlidir. Beləliklə o xəbər "facebook”un qara siyahısına" düşür.
“Facebook”un bu addımı saxta xəbər yaymaqla reytinq yığan saytlar üçün böyük zərbə olacaq. Belə ki, şikayətlərin miqdarından asılı olaraq həmin saytların bu sosial şəbəkəyə çıxışı məhdudlaşacaq.