Türkiyədə qız şagirdləri cinsi istismar etməkdə ittiham olunan riyaziyyat müəllimi 61 yaşlı Zeki G məhkəminin hökmü ilə 135 il azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, məhkəmədə ifadə verən müəllim ittihamları rədd edib: "Onlar mənim övladlarım. Mənə sarıldılar. Alınlarından öpdüm, saçlarını sığalladım. Hamısını sevirəm", deyə bildirib.

9 qızın ittihamı əsasında həbs olunan müəllim bu ilin mart ayında həbs edilib.