63 kiloqram çəki dərəcəsində Boks üzrə dünya çempionu Terens Krouford həbs olunub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Krouforda qarşı xuliqanlıq maddəsi üzrə ittiham irəli sürülüb.
Məlumatlara görə, idmançı Omaxa şəhərində avtomobilinin rəngini dəyişmək üçün sifariş verib. Maşın hazır olduqda o, işdən narazı qaldığını bildirib və pulun yarısını ödəyib. Bundan başqa Krouford avtomobilin rəngləndiyi müəssisəyə də ziyan verib.
Hakim ona 50 günlük həbs, 2 illik şərti cəzalara və 120 saatlıq ictimai işlərə cəlb edilməsi ilə bağlı qərar qəbul edib. Boksçu qərardan apelliyasiya şikayəti verəcəyini bildirib.
Elvin