“Mələklərlə yaşamaq” adlı kitabı ilə məşhurlaşan türkiyəli yazıçı Beki İkala Erikli Bəyoğluda çalışdığı ofisin qarşısında güllələnib.
Teleqraf.com xəbər verir ki, yazıçı kimliyi məlum olmayan şəxs tərəfindən öldürülüb. Üç güllə yarası alan Beki hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.


