İngiltərə vətəndaşı Rurik Cattinq Hong Kong polisi tərəfindən saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ölkəsinin ən varlı şəxslərindən biri sayılan Cattinq iki indoneziyalı qadını öldürməkdə günahlandırılır.

23 yaşlı Niqsih və 26 yaşlı Muciasihin cəsədləri Cattinqin Hong Kongdakı malikanəsində aşkarlanıb. Məlumatlara görə, cani hadisəni törədərkən narkotik maddənin təsiri altında olub. Hətta, Niqsihi öldürməzdən əvvəl ona işgəncələr verib. Öldürdükdən sonra isə onları mobil telefonun kamerası ilə lentə alıb.

Bundan başqa, Cattinqin narkotik ticarətilə də məşğul olduğu iddia edilir.

Elvin