BAKI, 11 aprel. TELEQRAF

Milli Məclisdə Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi məsələsinə baxılıb.

Teleqraf xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Qərar layihəsinə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov, Füzuli rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayev və Zəfər Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif edilib.

Həmçinin aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi layihədə yer alıb.

- Allahverdiyev Elbəy Hidayət oğlu;
- Əyyubov Fərid İlham oğlu;
- Sarıyev Xəyal Əjdər oğlu.

Sonda məsələ səsə qoyularaq qəbul olunub.