
BAKI, 11 aprel. TELEQRAF
Milli Məclis Mehdi Əliyevin Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunmasını təsdiqləyib.
Teleqraf xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunub.
Sonda layihə səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, M.Əliyev bundan əvvəl Şərur Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.