BAKI, 16 iyun. TELEQRAF

İyunun 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

Teleqraf xəbər verir ki, məlumatı Azərbaycanın Müdafiə Nazirliyi yayıb.

Onu Minsk Milli Aeroportunda Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin qarşılayıb.

Səfər çərçivəsində Azərbaycan hərbi nümayəndə heyətinin rəhbəri ilə Belarusun siyasi və hərbi rəhbərliyi arasında bir sıra görüşi, eləcə də ölkədəki hərbi hissələrə, müdafiə sektoru müəssisələrinə səfərləri nəzərdə tutulub.