BAKI, 5 iyun. TELEQRAF

Azərbaycan və Türkiyə orduları Naxçıvanda birgə təlim keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Sarsılmaz qardaşlıq" adlı təlimlər iyunun 12-də başlayacaq.

"Naxçıvan Muxtar Respublikasında Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə “Sarsılmaz Qardaşlıq” adlı kompüter dəstəkli komanda-qərargah təlimi keçiriləcək", - nazirlikdən qeyd olunub.

Təlimlər iyunun 19-da yekunlaşacaq.