BAKI, 4 iyun. TELEQRAF
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu ilə “Əməliyyatların planlama prosesi” mövzusunda treninq keçirilir.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən treyninqdə NATO-da əməliyyat planlama və idarəetmə, eləcə də digər mövzularda nəzəri və praktiki məşğələlər təşkil olunur", - məlumatda deyilir.