BAKI, 5 iyun. TELEQRAF
Daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydalar və pasport forması təsdiq olunub.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna edilən dəyişikliyi təsdiq edib.
Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətə vahid qaydalar arasında pasportun verilməsi, abidə pasportunun nümunəvi formasının müəyyən olunması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsas yaradır.
Təklif olunan dəyişikliyə əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyd olunub ki, ikinci “orqan (qurum)” dedikdə Nazirlər Kabineti nəzərdə tutulur.