BAKI, 22 aprel. TELEQRAF

Nazirlər Kabineti “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” qərara dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan və olmayan tabeli qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları yeni redaksiyada təsdiqlənib. Amma bununla bağlı əlavə dərc olunmur.

Qərar bu il yanvarın 1-dən qüvvəyə minir.