BAKI, 26 yanvar. TELEQRAF

Son bir ildə Azərbaycan Dəmir Yolları (ADY) üzrə təbii qaz istehlakında 50% azalma qeydə alınıb.

ADY-dən Teleqraf-a verilən məlumata görə, son dövrlərdə yükdaşımaların 80%-ə yaxını elektrik lokomotivləri ilə həyata keçirilir.

"ADY müasir elektrik qatarları ilə səfərlər, depolarda istifadə olunan günəş panelləri və rəqəmsal həllərin tətbiqi sayəsində karbon izini azaltmağa davam edir. Asiya İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində təqdim edilmiş dekarbonizasiya layihəsi bu öhdəliyimizi daha da gücləndirir", - deyə qurumun məlumatında bildirilir.