BAKI, 19 yanvar. TELEQRAF

2025-ci ildə hava nəqliyyatı ilə 4162,1 min və ya əvvəlki ilə nisbətən 2,9 faiz çox sərnişin daşınıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 6,6 faiz azalaraq 391,2 min ton olub.