BAKI, 19 yanvar. TELEQRAF
2025-ci ildə nəqliyyatçılar 2215,1 milyon sərnişinə xidmət göstəriblər.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, sərnişinlərin 89,1 faizi avtomobil nəqliyyatı, 10,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Hesabat dövründə nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 151,7 milyon ton yük, 1973,8 milyon sərnişin daşınıb və əvvəlki illə müqayisədə müvafiq olaraq 5,7 faiz və 6,9 faiz artım qeydə alınıb.
Sərnişinlərin 95,2 faizi avtobus, 4,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 7 faiz, sərnişin dövriyyəsi isə 9,3 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,4 faiz azalaraq 226,8 milyon nəfər olub.