BAKI, 19 yanvar. TELEQRAF

Yanvarın 20-də qatarlar qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək.

Bu barədə Teleqraf-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Xatırladaq ki, qatarlardan birinin planlı təmirə cəlb edilməsi ilə əlaqədar 21 yanvar tarixindən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək.

Yeni qrafikə əsasən, Sumqayıtdan 07:30 və 08:00-da çıxan ekspres qatarlar Bakıxanovda da dayanacaqBakıdan 18:05-də çıxan Pirşağı-Sumqayıt ekspresi isə Sabunçuda da dayanacaq.

Şənbə və bazar günləri cədvəl dəyişməz qalacaq.